Bank Of Baku

2009-cu ilin ən yaxşı geyinən qadınlarının reytinqi açıqlanıb

2009-cu ilin ən yaxşı geyinən qadınlarının reytinqi açıqlanıb
# 24 dekabr 2009 08:29 (UTC +04:00)
Bakı – APA-Economics. Dünyanın nüfuzlu moda jurnallarından “Vogue” 2009-cu ilin ən yaxşı geyinən qadınlarının reytinqini tərtib edib.

APA-Economics”in məlumatına görə, reytinq cədvəlində ilk yeri 26 yaşlı britaniyalı keçmiş model, hazırda ABŞ-da teleaparıcı kimi çalışan Aleksa Çanq tutub.

İkinci yerdə fransız kinoaktrisası Odri Totu, üçüncü yerdə isə “Böyük şəhərdə seks” filmində oynadığı rolla məşhurlaşan Sara Cessika Parker qərarlaşıb. İlk beşliyi müğənnilər Şeril Koul və Denni Minouq tamamlayırlar.

“Vogue”nin ən stilli geyinən qadınlarının siyahısında 6-cı yer Harri Potterin macəralarından bəhs edən kinoserialda Germion rolunun ifaçısı Emma Uotsona nəsib olub. Aktrisalar Sienna Miller və Diana Kryuger müvafiq olaraq 7-8-ci yerləri bölüşdürüblər.

İlin ən yaxşı geyinən 20 qadınının siyahısına supermodel Keyt Moss (10-cu yer), müğənni Lady GaGa (11), ABŞ-ın birinci xanımı Mişel Obama (14), aktrisa Ancelina Coli (15) və Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni (19) də daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR