Bank Of Baku

FHN Hacıqabul rayonunun Nəvai qəsəbəsində sel sularından uçan evlərin yerində yeni evlərin tikintisinə başlayıb

FHN Hacıqabul rayonunun Nəvai qəsəbəsində sel sularından uçan evlərin yerində yeni evlərin tikintisinə başlayıb
# 24 dekabr 2009 10:39 (UTC +04:00)
Hacıqabul. Rəşad Süleymanov-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Hacıqabul rayonunun Nəvai qəsəbəsində bu il sentyabrın 20-də sel sularından uçan evlərin yerində yeni evlərin tikintisinə başlayıb. APA-nın xəbərinə görə, bu gün qəsəbədə uçan evlərin yerində və yaxınlığında tikiləcək evlərin bünövrəsi qoyulub.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyətinin baş müfəttişi Qurban Qurbanov bildirib ki, Nəvaidə 59 ev yenidən tikiləcək. Onun sözlərinə görə, bu evlər sentyabrın 20-də təbii fəlakətdən ziyan çəkib: “Artıq əraziyə tikinti materialları gətirilib və gətirilməkdə davam edir. Evləri nəzərdə tutulduğundan tez vaxtda tikib başa çatdırmağa çalışacağıq ki, insanlar çadırlardan öz mənzillərinə köçsünlər”.

Q. Qurbanov onu da deyib ki, Nəvai qəsəbəsi ilə yanaşı, Hacıqabul rayon mərkəzində 7, rayonun Pirsaat kəndində isə qəza vəziyyətində olan 1 ev yenidən tikilərək sakinlərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR