Bank Of Baku

Gələn il Azərbaycanda uşağın anadan olmasına görə ümumilikdə 2 mln. manat müavinət ödəniləcək

Gələn il Azərbaycanda uşağın anadan olmasına görə ümumilikdə 2 mln. manat müavinət ödəniləcək
# 24 dekabr 2009 13:16 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva– APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2010-cu il üçün nəzərdə tutulan xərclərinin 2 mln. manatı uşağın anadan olmasına görə müavinətin ödənilməsinə yönəldiləcək. Bunu «APA-Economics»ə acıqlamasında DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirib.

E.Babayevin sözlərinə görə, 2010-cu ildə Azərbaycanda təxminən 159 min uşağın anadan olacağı proqnozlaşdırılır. Bu proqnoza uyğun olaraq, DSMF-nin büdcəsi tərtib olunarkən digər müavinətlərlə yanaşı uşağın anadan olmasına görə veriləcək birdəfəlik müavinət də nəzərə alınıb.

«Ümumilikdə, sosial sığorta haqları hesabına maliyyələşdiriləcək xərclərin 19,2 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,8 mln. manatı hamiləliyə və doğuma görə, 2 mln. manatı uşağın anadan olmasına görə, 9,9 mln. manatı dəfnlə bağlı, 4,5 mln. manatı isə uşağın 3 yaşına qədər ona qulluğa görə müavinətin maliyyələşdirilməsinə yönəldiləcək. Bu isə 2009-cu il ilə müqayisədə müvafiq olaraq 17,8%, 9,8%, 66,7% və 4,2% çoxdur, 3 yaşına qədər uşaqlara qulluğa görə müavinət üzrə proqnoz isə əvvəlki səivyyədə saxlanılıb», - deyə Fondun rəsmisi bildirib.

Xatırladaq ki, dövlət başçısının 23 dekabr 2009-cu il tarixli fərmanı ilə uşağın anadan olmasına görə sosial müavinətin məbləği 50% artırılaraq 75 manata çatdırılıb və bu fərman yanvarın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR