Bank Of Baku

Lənkəranda qanvermə aksiyası keçirilir

Lənkəranda qanvermə aksiyası keçirilir
# 24 dekabr 2009 15:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının fətvasına əsasən Lənkəranda bu gündən qanvermə aksiyasına başlanıb. QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin APA-nın yerli bürosuna verdiyi məlumata görə, Mərkəzi Rayon Xəstəxanasının (RMX) qanköçürmə şöbəsində təşkil olunan bu aksiya Aşura gününədək davam etdiriləcək. “İlk dəfə 2002-ci ildən respublika üzrə qanvermə aksiyası keçiriləndə bu xeyriyyə tədbirinə Lənkəran rayonu birincilər sırasında qoşulub”. Xəstəxananın qanköçürmə şöbəsinin müdiri Telman Zülfüqarov isə hazırda Lənkəran rayonunda 11 talassemiyalı və 33 hemofiliyalı xəstənin olduğunu diqqətə çatdıraraq, toplanan qandan həm onların, həm də xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacağını qeyd edib. T. Zülfüqarov xəstəxanada ehtiyac yarandığı halda qan vermək istəyən 50-yə yaxın könüllü donorun da olduğunu qeyd edib. Aksiyasının ilk günü rayon dindarları ilə yanaşı, bölgədə fəaliyyət göstərən jurnalistlər də könüllü qan veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR