Bank Of Baku

Azərbaycanın beş şəhərində radon qazının paylanılması öyrəniləcək

Azərbaycanın beş şəhərində radon qazının paylanılması öyrəniləcək
# 24 dekabr 2009 21:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın beş böyük şəhərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir) ilk dəfə olaraq ətraf mühitdə və inzibati binalarda radon qazının paylanılması öyrəniləcək.

Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovun APA-ya verdiyi məlumat görə, tədqiqatlar Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, Sloveniyanın Josef Stefan İnstitutu və AMEA Geologiya İnstitutunun alimləri tərəfindən aparılacaq.

İsveçrənin Milli Elm Fondu tərəfindən maliyyələşdirilən layihənin məqsədi Azərbaycan və Sloveniyada radon qazının kadastrını tərtib etmək, bu qazın törədə biləcəyi problemləri İsveçrənin təcrübəsi əsasında müəyyənləşdirmək və minimuma endirməkdir.
Xatırladaq ki, radon qazı (Rn222) insan orqanizmi üçün çox təhlükəlidir. Bu qaz əsasən texnogen proseslərlə yayılmış radionuklidlərin parçalanması nəticəsində əmələ gəlir. Radon qazının digər başlıca mənbəyi tektonik çatlardır. Seysmoaktiv zona olan Azərbaycan ərazisində bu cür çatlar çoxdur. Belə çatlardan çıxan radon qazı əsasən binaların zirzəmilərində və birinci mərtəbələrində toplanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR