Bank Of Baku

Dövlət Statistika Komitəsinin Qax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Dövlət Statistika Komitəsinin Qax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
# 25 dekabr 2009 02:14 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Dövlət Statistika Komitəsinin Qax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, tikintisinə 2008-ci ilin sonunda başlayan DSK-nin Qax rayon şöbəsinin inzibati binası dövlət büdcəsi hesabına inşa edilib. İki mərtəbəli, ümumi sahəsi 320 kvadratmetr olan binaya 246 min manat pul vəsaiti xərclənib. Yeni tikilmiş bina lazımi müasir avadanlıqlara və istilik sistemi ilə təchiz edilib.

Sözügedən binanın açılış mərasimində Qax rayon icra başçısı Telman Quliyev, Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov və müvafiq təşkilat nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR