Bank Of Baku

Sumqayıtda 3 qanunsuz tikili sökülüb

Sumqayıtda 3 qanunsuz tikili sökülüb
# 25 dekabr 2009 07:03 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Sumqayıt şəhərinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən son 15 gün ərzində qeyri-qanuni tikililərlə bağlı 23 akt və 11 iddia ərizəsi tərtib edilib.

Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Aktlar aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə və ŞİH başçısı yanında İnzibati Komissiyaya göndərilib. Şəhərin müxtəlif ərazilərində aparılan 12 qanunsuz tikinti işlərinin saxlanılması, ümumilikdə 3 qeyri-qanuni tikilinin söküntüsü təmin edilib.

Eyni zamanda küçə ticarətinin aradan qaldırılması və piyada yollarının boşaldılması məqsədilə sahibkarlara bildirişlər və xəbərdarlıqlar paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR