Bank Of Baku

Azərbaycanda hər bölgənin ehtiyaclarına uyğun peşə mərkəzləri yaradılacaq

Azərbaycanda hər bölgənin ehtiyaclarına uyğun peşə mərkəzləri yaradılacaq
# 25 dekabr 2009 09:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Texniki peşə təhsilinin inkişafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramı üzrə bir sıra tədbirlər həyata keçirilir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, proqramın icrası ilə bağlı ölkə üzrə hər bir iqtisadi rayonun ehtiyacları, tələbatı öyrənilir: “Hər bölgənin ehtiyaclarına uyğun peşə mərkəzləri yaradılacaq. Artıq dövlət proqramı ilə bağlı bir neçə peşə məktəbini yenidən qurmuşuq. Qəbələdə bütün tələblərə cavab verən peşə məktəbi istifadəyə verilib. İsmayıllıda Avropa Komissiyasının dəstəyi ilə yeni peşə təlimi mərkəzi inşa olunur. Biləsuvarda «Azərsun Holdinq»in dəstəyi ilə belə bir layihə başa çatıb, amma biz bunu davam etdirəcəyik. Gəncədə Büllur zavodu ilə birgə belə bir layihə hazırlayırıq və yaxın vaxtlarda onun təqdimatını keçirəcəyik. Bütövlükdə bu sahə hamının diqqət mərkəzindədir. Uzun müddət bu sahəyə diqqət yetirilməyib. Bir fakt deyim ki, bu sahənin avadanlıqları 30 il əvvəl alınıb. Müəllimlərin proqramları, dərs vəsaitləri ya yoxdur, ya da bugünkü tələbata cavab vermir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR