Bank Of Baku

Bakıdakı 6 saylı Peşə Liseyinin yubileyi qeyd edilib

Bakıdakı 6 saylı Peşə Liseyinin yubileyi qeyd edilib
# 25 dekabr 2009 09:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakıdakı 6 saylı Peşə Liseyinin 40 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, liseyin müəllim və tələbə heyəti ilə birlikdə tədbirə təhsil naziri Misir Mərdanov da qatılıb.

Liseyin direktoru Sahib Rüstəmov məktəbin əsasının 1969-cu ildə Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Təhsil naziri Misir Mərdanov isə peşə təhsili ilə bağlı nazirlik tərəfindən bir sıra beynəlxalq layihələrin həyata keçirildiyini, son illərdə bu sahənin inkişaf etdiyini deyib. Bir neçə beynəlxalq təşkilatın Azərbaycanda peşə təhsilinin monitorinqini həyata keçirdiyini söyləyən nazir, bundan sonra bu sahənin inkişafı üçün daha böyük işlərin görüləcəyini vurğulayıb.

Tədbir lisey şagirdlərinin hazırladığı bədii proqramla davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR