Bank Of Baku

Məleykə Abbaszadə: “Azərbaycanın cənub rayonlarında qız uşaqları təhsil hüququndan məhrum edilir”

Məleykə Abbaszadə: “Azərbaycanın cənub rayonlarında qız uşaqları təhsil hüququndan məhrum edilir”
# 25 dekabr 2009 11:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, Azərbaycanın cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir: “Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-ni qızlar təşkil edib”.

M. Abbaszadə ölkənin qərb bölgələrində qız abituriyentlərin üstünlük təşkil etdiyini də söyləyib: “Bu da həmin bölgələrdə olan oğlanların gənc yaşlarından iş dalınca paytaxta və yaxud Rusiyaya getməsinin nəticəsidir. Biz bu problemlərlə bağlı təkcə Təhsil Nazirliyini deyil, bütün ictimaiyyəti məlumatlandırmışıq. Təəssüf ki, ildən-ilə bu problem həll olunmamış qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR