Bank Of Baku

TQDK və Təhsil Nazirliyi birgə ekspertizaya başlayıb

TQDK və Təhsil Nazirliyi birgə ekspertizaya başlayıb
# 25 dekabr 2009 12:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi mərkəzləşmiş buraxılış imtahanları ilə qəbul imtahanlarının göstəricilərinin birgə ekspertizasına başlayıb. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, Təhsil Nazirliyi mərkəzləşmiş buraxılış imtahanlarının nəticələrini TQDK-ya təqdim edib: “TQDK da bu nəticələrlə bağlı ilkin araşdırma apararaq onları Təhsil Nazirliyinə göndərib. Mən başa düşürəm ki, nazirliyin apardığı imtahanlar kifayət qədər mürəkkəbdir və bütün ölkəni əhatə edir. Biz bu nəticələrə nə üçün inamsızlıq yarandığına dair iradlarımızı nazirliyə bildirmişik. Bu iradlar daha çox köçürmələrlə əlaqəlidir”.

M. Abbaszadənin sözlərinə görə, iradlar təhsil naziri Misir Mərdanov tərəfindən yaxşı qəbul edilib: “Nazirlik də öz araşdırmalarını davam etdirəcək. İlkin olaraq belə qərara alınıb ki, mərkəzləşmiş imtahanlarla bağlı baza bizə oktyabr-noyabr aylarında deyil, iyun ayında – imtahanlar başa çatan kimi təqdim olunsun. Biz vaxtında öz araşdırmalarımızı aparıb onları nazirliyə təqdim etmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR