Bank Of Baku

2010-2011-ci illər üçün ali məktəblərə qəbul qaydaları yanvarın birinci yarısı açıqlanacaq

2010-2011-ci illər üçün ali məktəblərə qəbul qaydaları yanvarın birinci yarısı açıqlanacaq
# 25 dekabr 2009 13:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-2011-ci illər üçün ali məktəblərə qəbul qaydaları yanvarın birinci yarısında açıqlanacaq. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yeni qəbul edilən “Təhsil haqqında” qanuna əsasən, Azərbaycan Nazirlər Kabineti müəyyən normativ-hüquqi sənədlər qəbul etməlidir: “Bu sənədlər qəbul ediləndən sonra TQDK da növbəti il üçün qəbul qaydalarını elan edəcək. Qəbul qaydalarında ciddi dəyişiklik gözlənilmir”.

M. Abbaszadənin sözlərinə görə, TQDK yanvar ayından başlayaraq, 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələri keçirəcək. Respublikanın müxtəlif bölgələrində keçiriləcək bu ənənəvi müşavirələrdə ayrı-ayrı şəhər və rayonlarının orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq. TQDK tərəfindən müşavirə iştirakçılarına müvafiq rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələrə dair statistik məlumat kitabçaları da təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR