Bank Of Baku

Avtomobil qəzalarında valideyinlərini itirmiş uşaqlara yardım göstəriləcək

Avtomobil qəzalarında valideyinlərini itirmiş uşaqlara yardım göstəriləcək
# 25 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai Motors» şirkətinin Azərbaycanda rəsmi distribütoru olan «Hyundai Auto Azerbaijan» şirkəti bu gün Bakıda «Gələcəyimiz üçün əl-ələ» layihəsinə həsr olunmuş tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Hyundai Auto Azerbaijan»ın rəsmiləri layihə barədə ətraflı məlumat verib və qeyd ediblər ki, layihə çərçivəsində «Uşaqlarımız üçün əl-ələ» adlı aksiya keçiriləcək və aksiyada avtomobil qəzalarında valideyinlərini itirmiş uşaqlara «Hyundai Auto Azerbaijan» şirkəti tərəfindən yardım göstəriləcək. Belə ki, valideyinlərini avtomobil qəzasında itirmiş 18 yaşınadək uşaqlara təhsil və sağlamlıqla bağlı problemləri və başlıca ehtiyaclarının qarşısını almaq üçün tədbirlər görüləcək.

Aksiyaya 2010-cu ilin yanvarın 1-dən etibərən start veriləcək və 1 il davam edəcək. İlkin mərhələdə «Hyundai Auto Azerbaijan» tərəfindən 50 uşağa 50 min manat məbləğində yardım göstəriləcək.

Tədbirdə çıxış edən «Hyundai Auto Azerbaijan»ın ictimayyətlə əlaqələr departamentinin rəhbəri Könül Kərimova qeyd edib ki, şirkət Azərbaycanda fəaliyyət göstərdiyi dövr ərzində bir sıra sosial layihələr həyata keçirib və bu işləri davam etdirmək niyyətindədir: «Cari ilin ilk 10 ayı ərzində Azərbaycanda yol-nəqliyyat qəzalarında 750 nəfər həlak olub. Məhz 2009-cu il ərzində bu qəzalarda həlak olan valideyinlərin uşaqlarına yardım göstərəcəyik».

Aksiyanın şərtlərini diqqətə çatdıran şirkət rəsmisi onu da qeyd edib ki, üstünlük hər iki valideyinini yol-nəqliyyat qəzasında itirmiş, evsiz və sağlamlıq problemləri olan uşaqlara veriləcək. Aksiyada iştirak etmək üçün prokurorluq orqanlarından ölüm səbəbini təsdiq edən sənəd təqdim olunmalıdır. Aksiyaya digər şirkətlər də qoşula bilər.

Qeyd edək ki, «Hyundai Auto Azerbaijan» şirkəti 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR