Bank Of Baku

Şəkinin Kiçik Dəhnə kəndində e. ə. XVI-XIII əsrlərə aid kurqanların dağıdılması ilə bağlı akt tərtib olunub

Şəkinin Kiçik Dəhnə kəndində e. ə. XVI-XIII əsrlərə aid kurqanların dağıdılması ilə bağlı akt tərtib olunub
# 25 dekabr 2009 14:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndələri Şəki rayonunun Kiçik Dəhnə kəndinin ərazisində dağıdılan e. ə. XVI-XIII əsrlərə aid kurqanlarla bağlı araşdırma aparmaq üçün bu əraziyə baxış keçiriblər. Bu barədə APA-ya Şəki, Qax, Oğuz arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarov bildirib. Onun sözlərinə görə, nazirliyin nümayəndələri kurqanların dağıdıldığını təsdiq edib və faktla bağlı akt yazıblar. Əraziyə baxışdan sonra ərazinin planının çəkilməsi və dağıdılan kurqanların yerüstü hissəsinin yerli icra qurumları tərəfindən bərpa edilməsi qərara alınıb. N. Muxtarovun sözlərinə görə, sözügedən ərazidə bir də belə halların baş verməməsi üçün Şəki-Dəhnə avtomobil yolundan Hacınohur düzü də daxil olmaqla Qax yoluna qədər tarixi-abidələr qoruğu elan olunmalıdır.

Qeyd edək ki, Kiçik Dəhnə kəndində, Hacınohur gölündən şimalda, Dağdağanlı dərə deyilən ərazidə tapılmış kurqanlar Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə qeydiyyata alınıb. İnstitut əməkdaşları kurqanların vəziyyəti ilə bağlı araşdırma aparmaq üçün əraziyə baş çəkərkən ərazinin şumlanmasının şahidi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR