Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasına və polis bölmələrinə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları Bakı istintaq təcridxanasına və polis bölmələrinə baxış keçiriblər
# 25 dekabr 2009 15:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, həmçinin Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30 və 31 saylı polis bölmələrinin saxlama yerlərinə baxış keçiriblər. Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaq təcridxanasında saxlanılan bir sıra şəxslərlə görüş keçirilib, onlara hüquqları, Ombudsman haqqında Qanunun müddəaları izah edilib, saxlanma şəraiti, müəssisə əməkdaşlarının onlarla rəftarı araşdırılıb. Həmin şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, bəziləri barələrində çıxarılan məhkəmə qərarlarından və istintaqın aparılmasından narazılıq bildiriblər. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verilib. Ombudsman bəzi təqsirləndirilən şəxslərin istintaqla bağlı narazılığı ilə əlaqədar aidiyyatı qurumlara müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR