Bank Of Baku

Dövlət Statistika Komitəsinin Balakən rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Dövlət Statistika Komitəsinin Balakən rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib
# 25 dekabr 2009 23:23 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Dövlət Statistika Komitəsinin Balakən rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Tikintisinə 2008-ci ilin sonunda başlayan DSK-nın Balakən rayon şöbəsinin inzibati binası dövlət büdcəsi hesabına inşa edilib. İki mərtəbəli, ümumi sahəsi 400 kvadratmetr olan binaya 256 min manat pul vəsaiti xərclənib. Yeni tikilmiş bina 10 otaq, 55 nəfərlik akt zalı olmaqla lazımi müasir avadanlıqlara və istilik sistemi ilə təchiz edilib.

Binanın açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, DSK-nın sədr müavini Rauf Səlimov və müvafiq təşkilat nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR