Bank Of Baku

Sumqayıtda “Konfliktlərin həlli və effektiv ünsiyyət” mövzusunda təlim keçirilib

Sumqayıtda “Konfliktlərin həlli və effektiv ünsiyyət” mövzusunda təlim keçirilib
# 25 dekabr 2009 19:09 (UTC +04:00)
Sumqayıt – APA. 19-24 dekabr 2009-cu il tarixlərində Sumqayıt gənclərindən ibarət 25 nəfər iştirakçıya “Konfliktlərin həlli və effektiv ünsiyyət” mövzusunda təlim keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təlim Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Avropa Federalistlərinin Azərbaycan nümayəndəliyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə həyata keçirilib. Təlimdə iştirakçılara interaktiv təlim metodu vasitəsilə münaqişə, onun növləri, münaqişələrin qızışması və söndürülməsi, effektiv ünsiyyətin prinsipləri, bacarıqları və münaqişələrin həll edilməsində effektiv ünsiyyət və danışıq aparmaq bacarıqlarının rolu haqqında məlumat verilib.

Təlimin son günündə iştirakçılar gələcək planlarla bağlı kiçik qruplarda müzakirələr aparıb. Baş İdarənin aparıcı məsləhətçisi İ.Kərimov gənclərin şəbəkələşməsi və təşkilatlanmasında effektiv ünsiyyətin əhəmiyyətli olduğunu, iştirakçıların təlimdən əldə etdikləri bacarıqların həm gündəlik həyatda, həm də ictimai həyatda effektiv istifadə edəcəklərinə əmin olduğunu bildirib. O, təlimin keçirilməsinə görə təlimçi P.Məmmədovaya təşkilatçılar adından minnətdarlığı bildirərək, bundan sonra da interaktiv təlimlərin davam etdirilməsinin zəruriliyini və gənclərin inkişafında qeyri-formal təhsilin praktiki əhəmiyyətə malik olduğunu bildirib. Təlimin sonunda iştirakçılara sertifikat təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR