Bank Of Baku

Sumqayıtda imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib

Sumqayıtda imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib
# 26 dekabr 2009 03:47 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhərində imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, mərasimdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Sumqayıt ŞİH başçısı Vaqif Əliyev iştirak edib.

V.Əliyev çıxışında son illər ərzində şəhərdə imtiyazlı şəxslərin mənzillə təmin edilməsi məqsədilə görülmüş işlərdən danışıb. Daha sonra binadan mənzil ayrılmış Qarabağ əlilləri, şəhid ailələri və Çernobıl əlillərinə mənzillərin orderləri təqdim edilib.

Qeyd edək ki, şəhərin 18-ci mikrorayon ərazisində yerləşən bu dördmərtəbəli bina 36 mənzildən ibarətdir. Binanın tikintisi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilib.

2003-cü ildən etibarən Sumqayıtda dövlət vəsaiti hesabına imtiyazlı şəxslər üçün 7 bina inşa edilərək sakinlərin istifadəsinə verilib. Son 6 il ərzində ümumilikdə şəhər üzrə 163 Qarabağ əlili, 47 şəhid ailəsi, 18 qaçqın ailəsi və 8 nəfər Çernobıl əlili mənzillə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR