Bank Of Baku

Gəncə Regional Ədliyyə Şöbəsinin inzibati binasının açılışı keçirilib

Gəncə Regional Ədliyyə Şöbəsinin inzibati binasının açılışı keçirilib
# 26 dekabr 2009 06:59 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə Şöbəsinin inzibati binasının açılışı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində ədliyyə naziri Fikrət Məmmədov və şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib. Nazir binada yaradılan şəraitlə yaxından tanış olub.

Jurnalistlərin suallarını cavablandıran F. Məmmədov regionlarda yaradılan ədliyyə şöbələrinin funksiyalarından danışıb: “Ölkədə məhkəmə-hüquq sahəsində keçirilən islahatlara uyğun olaraq ədliyyə orqanlarının regional şöbələri yaradılır. Bu, çox mühüm bir işdir. Yerlərdə mövcud olan ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirlməsi, onlara gündəlik iş nəzarəti, eyni zamanda bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi, istintaqın yerlədə aparılması kimi funksiyalar regional şöbələrdə həyata keçiriləcək. Ölkənin 10 bölgəsində regional şöbələr yaradılıb. Gəncədən öncə Şəki şəhərində bu cür regional ədliyyə binası istifadəyə verilib. Şirvan şəhərində də bina tikilir və biz bu günlərdə onu da istifadəyə verəcəyik. Digər bölgələrdə isə tikinti işləri davam edir”.

Qeyd edək ki, Gəncə Regional Ədliyyə Şöbəsinin inzibati binası 4 mərtəbədən ibarətdir. Binada 20 otaq, konfrans zalı, kitabxana mövcuddur. Gəncə Regional Ədliyyə Şöbəsinin nəzarət dairəsinə Naftalan, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR