Bank Of Baku

Fikrət Məmmədov: “Penitensiar sistemdə köklü islahatlar davam edir”

Fikrət Məmmədov: “Penitensiar sistemdə köklü islahatlar davam edir”
# 26 dekabr 2009 07:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. “Ədliyyə orqanlarında, o cümlədən penitensiar sistemdə köklü islahatlar davam edir. Bu gün bir çox penitensiar müəssisəmiz köhnə, hətta 19-cu əsrdən qalmış binalarda yerləşir. Sözsüz ki, biz nə qədər onları müasir tələblərə uyğunlaşdırsaq da, bu tələblərə cavab vermələri mümkün deyil. Ona görə də biz yeni müəssisələr inşa edirik”. APA-nın qərb bürosunun xəbərinə görə, bu sözləri ədliyyə naziri Fikrət Məmmədov Gəncədə jurnalistlərə açıqlamasında deyib. Nazir bu il Bakıda yeni istintaq təcridxanasının istifadəyə verildiyini xatırladıb: “Bu təcridxana ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilib. Həmin istintaq təcridxanası Bayılda yerləşən 1 saylı və Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanalarını əvəz edəcək. Biz bölgələrdə də penitensiar komplekslərin inşasına başlamışıq. Belə komplekslərdən birincisi Naxçıvan şəhərində inşa olunaraq ötən il istifadəyə verilib. İndi biz Gəncədə, Lənkəranda və Şəkidə də belə komplekslərin inşasına başlamışıq. Digər bölgələrdə də belə kompelkslər inşa olunacaq. Bu komplekslər burada saxlanılan təqsirləndsirilən şəxslərin, məhkumların öz ailələrinə, qohumlarına yaxın yerdə cəza çəkməsinə imkan yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR