Bank Of Baku

Təhsil Nazirliyi ilə “Azersun Holding” arasında niyyət protokolu imzalanıb

Təhsil Nazirliyi ilə “Azersun Holding” arasında niyyət protokolu imzalanıb
# 26 dekabr 2009 09:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Təhsil Nazirliyi ilə “Azersun Holding” arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərlə bağlı niyyət protokolu imzalanıb. APA-nın məlumatına görə, Təhsil Nazirliyində keçirilən imzalanma mərasimində nazir Misir Mərdanov və “Azersun Holding”in prezidenti Abdolbori Goozal da iştirak edib.

M. Mərdanov layihə üzərində uzun müddət iş aparıldığını və bütün detalların razılaşdırıldığını deyib. Layihə çərçivəsində peşə təhsili üzrə müəllim və şagirdlərin bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində tədbirlər həyata keçirməklə əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanması üçün birgə addımların atılması nəzərdə tutulur. Layihəyə uyğun olaraq əvvəlcə Biləsuvar Peşə Liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması, təhsil alan şagirdlərin peşə hazırlığının yüksəldilməsi məqsədilə “Azersun Holding”in Muğan bölgəsindəki istehsal müəssisələrində istehsalat təcrübəsi keçməsi, peşə təhsili müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, təhsil müəssisəsini müvəffəqiyyətlə bitirənlərin işlə təmin olunması planlaşdırılır.

A. Goozal son illər rəhbərlik etdiyi holdinqin bölgələrdə müəssisələr açdığını, lakin yerlərdə mütəxəssis tapa bilmədiklərini söyləyib. Buna görə də o, peşə məktəblərində peşə hazırlığının yüksəldilməsinin vacib olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR