Bank Of Baku

Ali məktəblərdə semestr imtahanları mərkəzləşmiş qaydada test üsulu ilə aparılacaq

Ali məktəblərdə semestr imtahanları mərkəzləşmiş qaydada test üsulu ilə aparılacaq
# 26 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın Təhsil Nazirliyi ali məktəblərdə semestr imtahanlarını mərkəzləşmiş qaydada test üsulu ilə aparmağa hazırlaşır. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bir neçə universitet artıq iki ildir semestr imtahanlarını test üsulu ilə aparır: “Amma biz hər ixtisas üzrə bir neçə ana fənndən semestr imtahanlarını mərkəzləşmiş qaydada test üsulu ilə aparmağı məqbul sayırıq. Gələcəkdə buraxılış dövlət imtahanlarını da mərkəzləşmiş qaydada aparmağı düşünürük. Mənim fikrim belədir ki, biz indiyə qədər daha çox qəbula fikir vermişik, buraxılışa isə fikir verməmişik. Mənə elə gəlir ki, bunların hər ikisinə eyni səviyyədə diqqət yetirmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR