Bank Of Baku

Azərbaycanda fransız dilində orta məktəb açılacaq

Azərbaycanda fransız dilində orta məktəb açılacaq
# 26 dekabr 2009 10:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda fransız dilində orta məktəb açılacaq. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bu təklifi Fransanın Azərbaycandakı səfirliyi irəli sürüb. Nazirin sözlərinə görə, bu məktəbdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının və digər şəxslərin övladları fransız dilində təhsil ala biləcəklər. Məktəbdə Fransanın dövlət təhsil standartlarına uyğun təhsil almaq üçün şərait yaradılacaq: “Bu, Azərbaycan məktəbi olmayacaq, Fransanın Təhsil Nazirliyinin məktəbi olacaq. Məktəbin verdiyi sənəd də Fransanın təhsil sənədi olacaq. Biz buna razılığımızı bildirmişik, məktəb üçün yer ayrılacaq. Fransa tərəfi nə vaxt bu işə başlasa, ona dəstək verəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR