Bank Of Baku

Səbail rayonundakı “Veteran Neftçilər bağı” əsaslı təmirdən sonra istifadəyə verilib

Səbail rayonundakı “Veteran Neftçilər bağı” əsaslı təmirdən sonra  istifadəyə verilib
# 28 dekabr 2009 07:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Səbail rayonunun 20-ci yaşayış sahəsindəki yol ötürücü dairə və “Veteran Neftçilər bağı”nda əsaslı təmir-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dairə xüsusi layihə əsasında yenidən qurulub, qranit və mərmərdən üzlənib, mərkəzdə yeni yaşıllıqlar salınıb. Dairənin ətrafındakı mağazaların fasadı təmir olunub, müasir formada yeni üzlük çəkilib. Ərazidə yaşayan veteranların istirahət yeri olan bağda yerə daş düzülüb, fontan qurulub, istirahət üçün skamyalar quraşdırılıb və səkilərə asfalt salınıb. Həmçinin, parkda yerləşən “Veteran neftçilər klubu”nda da təmir işləri aparılıb, klub lazımi avadanlıqlarla təmin olunub. Parkın və dairənin işıqlandırılma sistemi quraşdırılıb.

Mətbuat xidmətindən verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı üçün yeni binanın tikintisinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR