Bank Of Baku

“Aşura günü” ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2773 nəfər könüllü qan verib

“Aşura günü” ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2773 nəfər könüllü qan verib
# 28 dekabr 2009 08:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva- APA. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Aşura günü” ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2773 nəfər könüllü olaraq qan verib. Nəticədə 1200 litr (1,2 t) qan tədarük olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Aksiyalar Bakı şəhərində yerləşən «Təzə pir», «Şah Abbas», «Cümə», «Mirmövsüm Ağa», «Qaraçuxur», “Göy məscid” (Əjdər bəy), “Bibiheybət” məscidlərində, həmçinin Sumqayıt, Gəncə, Masallı, Lənkəran, Cəlilabad şəhərlərindəki məscidlərdə və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında keçirilib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, keçən il “Aşura günündə” 2137 nəfər könüllü olaraq qan vermişdi, 1110 litr (1,1 t) isə qan tədarük olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR