Bank Of Baku

Azərbaycanın Qırğızıstandakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirilib
# 28 dekabr 2009 08:49 (UTC +04:00)
Bakı-APA. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində Azərbaycanın Qırğızıstandakı səfirliyinin inzibati binasında Qırğızstanın Çuy vilayətinin Kant şəhəri və Sokoluk rayonunda azərbaycanlıların kompakt yaşadığı 40-a yaxın məktəbli üçün görüş keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə “Azəri” Qırğızıstan Azərbaycanlıları ictimai birliyinin sədr müavini Əsəd Həsənov, diaspora üzvləri iştirak edib. Səfir Arif Ağayev mərasim iştirakçıları və məktəbli uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə təbrik edib. Tədbirdə məktəbli uşaqlar tərəfindən hazırlanmış şeirlər və kiçik bayram konserti proqramı ilə çıxış edib.
Konsertin sonunda müəllimələr, valideynlər tədbirə görə səfirə öz minnətdarlıqlarını bildiriblər.
Səfirlik tərəfindən hazırlanmış bayram sovqatları uşaqlara təqdim olunub və mərasim iştirakçıları təşkil olunmuş ziyafətə dəvət olunublar.
Mərasim Qırğızıstanın Milli Teleradio Şirkəti tərəfindən işıqlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR