Bank Of Baku

Səttar Mehbalıyev: “İnsanları əmək müqaviləsi bağlamadan işə götürənlər cərimələnəcəklər”

Səttar Mehbalıyev: “İnsanları əmək müqaviləsi bağlamadan işə götürənlər cərimələnəcəklər”
# 28 dekabr 2009 08:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “İşsizlik problemi bütün dünyada var. Bunun Azərbaycanda da tam olaraq həll edildiyini söyləmək qeyri-mümkündür”. APA-nın məlumatına görə bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan yarmarkalarda minlərlə insan iş yeri ilə təmin edilir: “Təəssüflər olsun ki, yenə də bir sıra halda yenə də işçi ilə əmək müqaviləsi bağlanmır. İşçilər xəsarət alır, onlara xəsarət pul ödənilmir. Bəzi hallarda işçilərə təhlükəsizlik qaydaları başa salınmır, onlar geyimlə, kaska, təhlükəsizlik kəmərləri ilə təmin olunmurlar. Belə halların qarşısının alınması üçün parlamentdə İnzibati Xətalar Məcəlləsinə çoxlu sayda əlavə və dəyişiklik edilib. Əmək müqaviləsi bağlamadan insanları işə götürmək qəti qadağandır. İşəgötürənlər belə addım atarsa, cərimələnəcəklər”.

S. Mehbalıyev onu da bildirib ki, hazırda parlamentin İqtisadi siyasət komitəsində işçilərin məcburi sosial sığortası ilə bağlı müzakirələr aparılır: «Biz bununla bağlı təkliflərimizi vermişik. Bu qanun qəbul olunandan sonra xəsarət alan zaman sığortalanmış işçiyə kompensasiya veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR