Bank Of Baku

Azərbaycan ərazisində hava yağmursuz keçəcək

Azərbaycan ərazisində hava yağmursuz keçəcək
# 28 dekabr 2009 09:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 10-14 dərəcə isti, axşam 6-8 dərəcə isti olacaq.

Dekabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, dekabrın 28-dən 29-a keçən gecə və səhər arabir nisbətən güclənəcək, gündüz şimal küləyi ilə əvəz olunacaq, günün ikinci yarısında nisbətən güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Dekabrın 30-da havanın buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, dekabrın 29-dan 30-a keçən gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Dekabrın 30-dan 31-ə keçən gecə hava şəraitinin tutqun olacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 29-da hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 1-5 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.

Dekabrın 30-31-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 10-14 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 29-da gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdləri əksər meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər. Dekabrın 30-da və 31-ə isə biometeoroloji amillərin normadaxili gedişi meteohəssas insanlar üçün əlverişli hava şəraiti sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR