Bank Of Baku

Gürcüstanın təhsil və elm naziri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda olub

Gürcüstanın təhsil və elm naziri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda olub
# 28 dekabr 2009 09:54 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Marneuli rayonunun Alget 2 saylı orta məktəbində olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir məktəb kollektivi ilə görüşüb, sinifləri gəzib, gürcü dilinin öyrədilməsinin gedişi ilə maraqlanıb. Dmitri Şaşkin məktəbdə 31 dekabr Dünya Azərbaycanlılalırın Həmrəyliyi günü və Yeni il münasibətilə təşkil olunmuş konsert proqramına tamaşa edib, şagirdlərin gürcü və Azərbaycan dillərində söylədiyi şeirləri dinləyib.
Məktəbdəki tədbirdə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze və Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze, onun müavini Heydər Musayev, Marneuli Rayon Maarif Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov və kənd sakinləri, müəllimlər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR