Bank Of Baku

Səttar Mehbalıyev: “Həmkarlar İttifaqlarına üzv olan işçilər yalnız həmin ittifaqların razılığı ilə işdən azad oluna bilər”

Səttar Mehbalıyev: “Həmkarlar İttifaqlarına üzv olan işçilər yalnız həmin ittifaqların razılığı ilə işdən azad oluna bilər”
# 28 dekabr 2009 10:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Həmkarlar İttifaqlarına üzv olan işçilərin işdən çıxarılması yalnız həmin ittifaqların razılığı ilə olmalıdır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı əmək qanunvericiliyinə dəyişiklik edilib və dəyişiklik hər bir vətəndaşa şamil olunan məsələdir: “Bu məsələ uzun müddətdir müzakirə olunurdu və 15 ildir ki, bununla bağlı bizim qurultaylarda məsələ qaldırılırdı. Həmkarlar ittifaqlarının üzvləri işdən çıxarılanda bu təşkilatlar onların hüquqlarını qorumalıdır. Bu dəyişikliyi ona görə bu şəkildə etdik ki, əgər hansısa şirkətdə işləyən 20 nəfərin 5-i həmkarlar təşkilatına üzvdürsə, bu dəyişikliklərdən sonra digər işçilər də həmkarlar təşkilata üzv olmaqda maraqlı olsunlar”.

S. Mehbalıyev bildirib ki, əgər həmkarlar təşkilatı 1000 nəfərdən 200-nün hüququnu qoruyub digərlərinin hüququnu qoruya bilmirsə, bu, onun zəifliyini göstərir.

Bəzi xarici şirkətlərdə həmkarlar ittifaqlarının sədrlərinin işdən çıxarılması ilə bağlı məlumatlara gəldikdə S. Mehbalıyev bildirib ki, həmkarlar ittifaqının sədrini heç kim işdən çıxara bilməz: “Ola bilər ki, müəyyən yardımçı qruplar yaradılır, müəyyən işləri həyata keçirir və bu iş başa çatandan sonra ixtisarlar aparırlar. Yəni bu qurum işini qurtarandan sonra ona ehtiyac qalmır. O zaman bu yardımçı qurum ləğv olunursa, o zaman həmkarlar ittifaqının sədrini işdə necə saxlamaq olar? Amma əgər qurum varsa, fəaliyyət göstərirsə, o zaman həmkarlar ittifaqının sədrini işdən çıxarmaq qeyri-mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR