Bank Of Baku

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini pisləyən bəyanat yayıb

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini pisləyən bəyanat yayıb
# 28 dekabr 2009 10:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Parlamentində “Azərbaycanda ifadə azadlığı haqqında” qəbul etdiyi qətnaməni pisləyən bəyanatla çıxış edib. Birliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda belə bir qətnamənin qəbulunun Avropa ilə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərə ciddi şəkildə mane ola biləcəyi qeyd olunur: “Avropa Parlamenti kimi nüfuzlu bir təşkilat ölkə qanunvericiliyini kobud şəkildə pozaraq, başqalarının hüquqlarını tapdayanların müdafiəsinə qalxır. Biz çox istərdik ki, Avropa İttifaqı belə bir müdafiəni Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpası ilə bağlı nümayiş etdirsin”.

İctimai birlik qətnamənin erməni lobbisi və erməni terror təşkilatlarının maliyyə dəstəyi əsasında hazırlandığını bildirib, bunun Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatın öz ikili yanaşmaları ilə insan hüquqları, demokratiya, söz azadlığı kimi təməl dəyərlərinin təmin edilməsinə ciddi maneə yaratdığını qeyd edib: “Avropa Parlamentinin qəbul etdiyi qətnamə layihəsini Azərbaycana qarşı göstərilən təzyiq və növbəti qərəzli addım kimi dəyərləndiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR