Bank Of Baku

Gənclər və İdman Nazirliyi 2009-cu il ərzində 62 gənclər təşkilatının 95 layihəsini maliyyələşdirib

Gənclər və İdman Nazirliyi 2009-cu il ərzində 62 gənclər təşkilatının 95 layihəsini maliyyələşdirib
# 28 dekabr 2009 10:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2009-cu ildə Azərbaycanda gənclər sahəsinə 4 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin hamısı xərclənib. Gələn il də Azərbaycanda bu sahəyə təxminən bu qədər vəsaitin ayrılacağı gözlənilir”. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov 2009-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, il ərzində 62 gənclər təşkilatının 95 layihəsi maliyyələşdirilib: “Bu layihələrə 300 min manatdan çox vəsait xərclənib. İl ərzində Azərbaycanda gənclər sahəsi ilə bağlı 15 beynəlxalq tədbir keçirilib. 190-a yaxın azərbaycanlı gənc beynəlxalq layihələrdə iştirak edib. 1400-dən çox əcnəbi gənc ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana gəlib”. A. Rəhimovun sözlərinə görə, il ərzində Azərbaycanda Avropa Tələbələr Forumu, “Gənclər terror əleyhinə” aksiyası, “Xəmsə” intellektual oyunu, Kompüter oyunları üzrə IV milli çempionat keçirilib, ölkədə Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılıb. İlin əsas hadisəsi isə Yeniyetmələr arasında VI Beynəlxalq Elm Olimpiadasının Azərbaycanda keçirilməsi olub.A. Rəhimov onu da deyib ki, “Gənclər şəhərciyi” layihəsinin alınmayacağı ilə bağlı proqnoz versə də, ümidlər hələ tam tükənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR