Bank Of Baku

Azad Rəhimov: “Eurovision rəqs” yarışmasına ona görə ev sahibliyi etmək istəyirdik ki, Azərbaycanla bağlı təbliğatı daha da genişləndirək”

Azad Rəhimov: “Eurovision rəqs” yarışmasına ona görə ev sahibliyi etmək istəyirdik ki, Azərbaycanla bağlı təbliğatı daha da genişləndirək”
# 28 dekabr 2009 10:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2009-cu ildə “Eurovision rəqs” müsabiqəsi Azərbaycanda keçirilməli idi, lakin iştirakçı ölkələrin sayı az olduğundan Avropa Yayım Şurası bu müsabiqənin keçirilməsini 2010-cu ilə saxladı. Lakin biz yenə də görürük ki, müsabiqədə iştirak edən ölkələrin sayı kifayət qədər deyil”. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müsabiqənin Azərbaycanda keçirilmək niyyətində əsas məqsəd daha çox ölkə ilə bağlı təbliğatı genişləndirmək idi: “Biz istəyirdik ki, Avropanın müxtəlif ölkələrindən olan iştirakçılar Azərbaycana gələrək ölkəmizi daha yaxından tanısınlar. Amma biz görürük ki, bu yarışmada iştirak edən ölkələr əsasən Balkan və MDB ölkələridir. Bu isə bizim planlarımızla, fikirlərimizlə üst-üstə düşmür. Bu ölkələrin səviyyəsi bir növ bizi qane eləmir. İstəyərdik ki, müsabiqədə Almaniya, İspaniya, Fransa, Böyük Britaniya kimi ölkələr iştirak eləsin. Əgər bu ölkələr həmin müsabiqədə iştirak etməyəcəklərsə, onda bu qədər böyük vəsaiti xərcləməyin mənası nədir? Digər tərəfdən, iştirakçı ölkələrdən bəziləri istəyirdi ki, Azərbaycanın vəsaiti hesabına müsabiqədə iştirak etsin. Amma bu, mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR