Bank Of Baku

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıq tamamilə məhv ola bilər”

Qəhrəman Ağayev: “Qubadakı kütləvi məzarlıq tamamilə məhv ola bilər”
# 28 dekabr 2009 12:29 (UTC +04:00)
Yaranan vəziyyətlə əlaqədar təcili olaraq Qubaya ezam edilən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Qəhrəman Ağayev APA-ya açıqlamasında məzarlığın primitiv üsullarla qorunduğunu bildirib: “Kütləvi məzarlığı gözləyən daha bir təhlükə yaxınlıqdakı çay istiqamətindən gəlir. Qudyalçayın sahilindəki yarğan uçulmaqda davam edir, bu isə çayla kütləvi məzarlıq arasındakı məsafəni getdikcə qısaltmaqdadır. Son 3 ildə ərazidə araşdırma aparan arxeoloqların hesablamasına görə iri yarğan əmələ gətirən Qudyalçay hər il 5-6 metr kütləvi məzarlığa doğru yaxınlaşmaqdadır. Hazırda məzarlıqla çay arasında 30-40 metr məsafə mövcuddur”.

Q. Ağayev deyib ki, müvafiq müdafiə tədbirləri görülməsə, yəni həm qrunt sularının, həm də çayın qarşısını kəsəcək bəndlər vaxtında tikilməsə, Quba məzarlığı tamamilə məhv ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR