Bank Of Baku

Azərbaycan Dillər Universitetində Avstryanın Qratz Universitetində təhsil alacaq tələbələr ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetində Avstryanın Qratz Universitetində təhsil alacaq tələbələr ilə görüş keçirilib
# 28 dekabr 2009 14:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) Avstryanın Qratz Universitetində təhsil alacaq tələbələr ilə görüş keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ADU-nun rektoru millət vəkili professor Səməd Seyidov, təhsil nazirinin müavini Elmar Qasımov, Avstriyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Ziglinde Şpanlanq və universitetin professor-tələbə heyəti iştirak edib. Azərbaycan-Avstriya əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyən universitetin rekroru S. Seyidov bildirib ki, ADU-nun Avstriya universitetləri ilə sıx əlaqələri mövcuddur: “Avstriya Avropanın mədəniyyət mərkəzi olduğu kimi, Qratz da Avropanın dillər mərkəzidir. Ümid edirəm ki, bu əməkdaşlıq davam edəcək və gələcəkdə Avstriya Universitetləri ilə daha da sıx əlaqələr quracağıq”.

Təhsil nazirinin müavini E. Qasımov isə Azərbaycanda alman dilini bilən kadrlara ehdiyac olduğunu söyləyib və bu ehtiyacın ödənilməsi üçün belə layihələrin həyata keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Bu hadisə ölkəmizdə alman dilinin inkişafına və nəticə etibarilə Avstriya, eləcə də Almaniya ilə əlaqələrin gələcək inkişafına təkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR