Bank Of Baku

Füzulinin Zobuçuq qəsəbəsində məskunlaşan şəhid ailələri və imkansız şəxslərə bayram sovqatı verilib

Füzulinin Zobuçuq qəsəbəsində məskunlaşan şəhid ailələri və imkansız şəxslərə bayram sovqatı verilib
# 28 dekabr 2009 14:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda seçicilərlə görüşlər keçirib. Parlamentdən APA-ya daxil olan məlumata görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibəti ilə baş tutan səfər zamanı vitse-spikeri Horadiz şəhərindəki Mərkəzi Mədəniyyət sarayında rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və YAP-ın fəalları ilə görüşub. Görüş zamanı Milli Məclis sədrinin müavini 2009-cu ilin yekunlarından, o cümlədən Azərbaycan parlamentinin cari ildəki fəaliyyətindən ətraflı söhbət açıb.
Daha sonra 2100-dən artıq məcburi köçkün ailəsinin yerləşdirildiyi və ayrı-ayrı 5 yaşayış məntəqəsindən ibarət Zobucuq qəsəbəsində seçicilərlə görüş keçirilib. Tədbirdə 100-dək şəhid ailəsinə və imkansızlara bayram sovqatı hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR