Bank Of Baku

Moskva-Lənkəran-Moskva aviareysi üzrə ilk uçuş keçirilib - FOTOSESSİYA

Moskva-Lənkəran-Moskva aviareysi üzrə ilk uçuş keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2009 15:57 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Moskva-Lənkəran-Moskva aviareysi üzrə ilk uçuş keçirilib. APA-nın cənub bürosunun xəbərinə görə, Moskvanın Domodedovo Beynəlxalq Hava Limanından Lənkərana birbaşa uçan Rusiyanın “VİM-Airlines” şirkətinə məxsus “Boeinq-757-200” sərnişin təyyarəsi saat 15.00-da yerə enib. Lənkəran Beynəlxalq Hava Limanında təyyarəni “AZAL” QSC-nin və yerli icra strukturlarının nümayəndələri də qaşılayıblar. 220 yerlik hava gəmisində 128 sərnişin olub.
Rusiyanın “VİM-Airlines” şirkətinin Azərbaycandakı nümayəndəsi Elçin İmanov jurnalistlərə açıqlamasında reys üzrə biletin qiymətinin 153 manat olduğunu deyib. Onun sözlərinə görə, bu rəqəm yanvarın 4-dən 196 manat, yanvarın 15-dən isə 205 manat olacaq. Gələcəkdə isə Sankt-Peterburq – Lənkəran marşrutu üzrə də sərnişin hava reysinin açılması nəzərdə tutulub.

Lənkərandan Moskvaya isə təyyarə saat 16:00-da 60 sərnişinlə yola düşüb.

Qeyd edək ki, birtərəfli uçuşun müddəti 2 saat 30 dəqiqə təşkil edir. Hələlik həfftədə bir dəfə yerinə yetirilən aviareys 2010-cu ilin yanvar ayının 15-dən etibarən iki dəfə-bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR