Bank Of Baku

Ədliyyə Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib

Ədliyyə Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib
# 30 dekabr 2009 13:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə Nazirliyi işə qəbulla bağlı növbəti açıq müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə üzrə vakant vəzifələr əsasən məhkəmə icraçıları xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrində, qurumun digər strukturlarında yer alıb. Müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ərizə və müvafiq sənədləri təqdim edə bilərlər. Sənədlər 2010-cu il yanvarın 5-dən etibarən nazirliyin inzibati binasında qəbul ediləcək. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra müsabiqə komissiyası tərəfindən əlavə məlumat veriləcək.

Məlumatda o da bildirilib ki, nazirliyin penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR