Bank Of Baku

“Donuz qripi”nə qarşı peyvəndləri vurmaq üçün hər bir rayonda xüsusi poliklinikalar ayrılacaq

“Donuz qripi”nə qarşı peyvəndləri vurmaq üçün hər bir rayonda xüsusi poliklinikalar ayrılacaq
# 08 yanvar 2010 08:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. AH1N1 virusuna (“donuz qripi”) qarşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana göndərdiyi vaksinlər ilk növbədə tibb işçilərinə, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin sərhəddə dayanan əməkdaşlarına, hamiləliyinin sonuncu üç ayında olan qadınlara, ağciyər xəstəlikləri olan şəxslərə vurulacaq. Bu barədə APA-ya ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Vüsalə Allahverdiyeva bildirib. Onun sözlərinə görə, peyvəndləri vurmaq üçün hər bir rayonda xüsusi poliklinikalar ayrılacaq. Peyvəndə cəlb olunan şəxslər müraciət edərək həmin poliklinikalarda peyvəndləri vurdura bilərlər. Böyük və mütəşəkkil kollektivlərdə isə peyvəndlər xüsusi əməkdaşlar vasitəsilə yerində vurulacaq.

Qeyd edək ki, “donuz qripi”nə qarşı peyvəndlər Azərbaycana bu gün gətirilir. Azərbaycana göndərilən vaksinlər Belçikanın “Qlakso Smit Klayn” şirkəti tərəfindən Kanadada istehsal olunub. 172 min doza vaksinin birinci hissəsi bu gün, ikinci hisəsi isə yanvarın 14-də ölkəyə gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR