Bank Of Baku

20 Yanvar faciəsinin 20-ci ildönümü münasibətilə Sumqayıtda kompleks tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin 20-ci ildönümü münasibətilə Sumqayıtda kompleks tədbirlər keçiriləcək
# 08 yanvar 2010 10:03 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA. Azərbaycanın Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı kompleks tədbirlər keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İcra hakimiyyətindən bildirilib ki, yanvarın 18-dən 20-dək şəhərin Tarix muzeyində faciə ilə bağlı sərgi, şəhər kitabxanalarında dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhər ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək. Yanvarın 20-də isə şəhər rəhbərliyi şəhərdəki “20 Yanvar” abidəsi və “Şəhidlər Xiyabanı”nı, daha sonra faciədə şəhid olmuş Sumqayıt alimlərinin Ceyranbatanda yerləşən xatirə abidəsini ziyarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR