Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib

Azərbaycan Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib
# 08 yanvar 2010 11:39 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov bildirib ki, son illər nazirlikdə Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt" xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
M. Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin az da olsa pozulduğunu, köçürülən tələbələrə fənləri dinləmədən göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını bildirib, ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyə edib.

Nazir onu da qeyd edib ki, ali məktəblərə daxil olanların hamısına ali təhsil almaları barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların yalnız 70 faizi diplom ala bilir. M. Mərdanov deyib ki, artıq il yarımdır nazirlikdə ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır. Reytinqin müəyyənləşməsində üç meyar əsas götürüləcək. Bunlar ali məktəbin potensialı, ali məktəbin fəallığı və təhsilin keyfiyyəti, beynəlxalq aləmdə tanınması əsasında müəyyən olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR