Bank Of Baku

ÜST Azərbaycana “donuz qripi”nə qarşı ilk partiyada 82 min doza vaksin göndərib

ÜST Azərbaycana “donuz qripi”nə qarşı ilk partiyada 82 min doza vaksin göndərib
# 08 yanvar 2010 15:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana A/H1N1 (“donuz qripi”) virusuna qarşı ilk partiya olaraq 82 min doza vaksin göndərib. Bu barədə APA-ya Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib. Ş. Qurbanov deyib ki, vaksinlər Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinə daxil olub və soyuduculara yerləşdirilib. Hazırda vaksinlərin sənədləşməsi aparılır.

Ş. Qurbanovun sözlərinə görə, yaxın iki gün ərzində vaksinlər poliklinikalara paylanacaq: “Vaksinlərlə bağlı tibb işçilərinə qısa izahatlar veriləcək. Artıq vaksin vurulacaq şəxslərin siyahısı da hazırdır. Peyvəndləmə əməliyyatına isə gələn həftənin ikinci günündən başlanacaq”.

Qeyd edək ki, Azərbaycana göndərilən vaksinlər Belçikanın “Qlakso Smit Klayn” şirkəti tərəfindən Kanadada istehsal olunub. 172 min doza vaksinin birinci hissəsi bu gün gətirilib, vaksinlərin ikinci hissəsi isə yanvarın 14-də ölkəyə gətiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR