Bank Of Baku

Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam edir

Lerikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam edir
# 09 yanvar 2010 07:50 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Qasırğanın Lerik rayonunda törətdiyi fəsadların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, təbii fəlakət zamanı ən çox rayonun elektrik təsərrüfatı ziyan çəkib. Onun sözlərinə görə, “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) köməyi nəticəsində fəsadlar tədricən aradan qaldırılır. “Azərenerji”dən göndərilən 60 nəfərlik işçi qüvvəsi və həmçinin maşın-mexanizmin köməyi ilə artıq yüksək gərginlikli hava xətlərinin əsas hissəsi bərpa olunub. Yanvarın 8-dən Lerikin 100 kəndinə enerji verilişinin bərpa edildiyini bildirən H. Məlikov deyib ki, rayonun digər 60 kəndində isə enerji verilişinin bazar gününədək reallaşacağını qeyd edib. Komissiya sədri, həmçinin əhali tərəfindən 700-dən yuxarı ərizənin daxil olduğunu, təbii fəlakətin nəticələrinin bərpası üçün 16 mindən yuxarı şifer və digər tikinti materialının tələb olunduğunu, Fövqəladə Hallar Nazirliyi, habelə Nazirlər Kabineti tərəfindən rayona 2500 şiferin, 600 kvadrat metr şüşənin, 400 kq mismarın gətirilərək ərazilərə üzrə paylanmasına başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR