Bank Of Baku

Azərbaycan FHN-in yardımı Lerik, Astara və Yardımlı rayonları arasında bölüşdürülüb

Azərbaycan FHN-in yardımı Lerik, Astara və Yardımlı rayonları arasında bölüşdürülüb
# 09 yanvar 2010 07:51 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Yanvarın 2-dən 3-ə keçən gecə cənub bölgəsində baş vermiş qasırğa nəticəsində rayonlara dəyən ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilk yardım karvanı Lənkərana çatıb. APA-nın cənub bürosunun məlumatına görə, 14 maşından ibarət olan yardım Lənkəran şəhərində rayonlar üzrə bölüşdürülüb. FHN-in Cənub Regional Mərkəzinin rəisi İlham Hüseynov jurnalistlərə açıqlamasında 14 maşında 4 min şifer, 50 kub/metr taxtanın gətirildiyini bildirib.

Növbəti yardım karvanının gələn həftə gətiriləcəyini diqqətə çatdıran İ. Hüseynovun sözlərinə görə, tikinti materialları qasırğadan daha çox ziyan çəkən Lerik, Astara və Yardımlı rayonlarına göndəriləcək: “Nazirliyin material yardımı davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR