Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində elmi-metodiki seminar keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində elmi-metodiki seminar keçirilib
# 09 yanvar 2010 09:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Şəki regional bölməsində fizika, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə keçirilən elmi-metodiki seminarla video-bağlantı yaradılıb. APA-nın məlumatına görə, bağlantıda çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, seminarda Şəki, Zaqatala, Oğuz, Qəbələ, Qax, Balakən və digər yaxın rayonların müəllimləri iştirak edirlər. Bu seminarların pilot bağlantılar olduğunu deyən M. Abbaszadə bildirib ki, gələcəkdə TQDK-da aparılan elmi-metodiki seminarlarda canlı bağlantılar vasitəsilə region müəllimləri də iştirak edəcəklər. Əsas məqsəd isə qəbul imtahanlarının mahiyyətinə aid olan məsələləri müzakirə etmək və region müəllimlərin təcrübəsindən yararlanmaqdır. Seminarların digər məqsədi isə 2010-cu il qəbul imtahanlarının test modelini hazırlamaqdır.
M. Abbaszadə bildirib ki, artıq bu ilin qəbul imtahanlarının model testləri hazırdır. Həmin testlər hazırda seminarlarda müzakirə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR