Bank Of Baku

TQDK sədri: “Çalışacağıq ki, bu il müəyyən regionlarda da qəbul imtahanlarını keçirək”

TQDK sədri: “Çalışacağıq ki, bu il müəyyən regionlarda da qəbul imtahanlarını keçirək”
# 09 yanvar 2010 09:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələri təəssüflər olsun ki, hələ işçi heyəti ilə tam komplektləşdirilməyib. Regional bölmələrdə işləyən işçilər dövlət qulluqçuları sayıldığından onlar dövlət qulluğu ilə bağlı imtahan verməlidirlər”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, hələlik regional bölmələrdə çalışan işçilər müqavilə əsasında fəaliyyət göstərirlər: “Mən regionda işləyən müəllimlərə və gənclərə müraciət edirəm. Dövlət qulluğu ilə əlaqədar müsabiqə elan olunanda bu yerlərə sənəd versinlər”.

TQDK sədri bildirib ki, regionlarda qəbul imtahanları keçirmək üçün müəyyən şərait var: “İndiyə qədər qəbul imtahanları yalnız Bakı, Sumqayıt və Naxçıvanda keçirilib. Orta ixtisas məktəbləri üçün qəbul imtahanları isə bütün regionlarda keçirilir. Çalışacağıq ki, bu il müəyyən regionlarda da qəbul imtahanlarını keçirək. Amma bu tək bizdən deyil, yerli orqanların rəhbərlərindən də asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR