Bank Of Baku

Gürcüstanda məktəblilər arasında fənn olimpiadası başlayıb

Gürcüstanda məktəblilər arasında fənn olimpiadası başlayıb
# 09 yanvar 2010 12:06 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda məktəblilər arasında fənn olimpiadası başlayıb. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayon Təhsil Mərkəzinin rəhbəri Kamandar İsmayılov bildirib. Onun sözlərinə görə, olimpiadada Respublika Milli İmtahan Mərkəzinin təşkilatçılığı və Gürcüstan təhsil və elm nazirliyinin dəstəyi ilə baş tutub. Yanvarın 9-dan 17-nə kimi davam edəcək fənn olimpiadasında 2375 məktəbli iştirak edir. Olimpiadada 1500-dən çox azərbaycanlı şagirdlər müxtəlif fənlər üzrə bilik yarışına qatılıblar. Yarışda Sadaxlı, Alget, Kəpənəkçi, Qızılhacılı və digər Azərbaycan dilli məktəblərdən şagirdlər, eyni zamanda gürcü, rus, erməni məktəblərində təhsil alan məktəblilər də iştirak edirlər. Hələlik olimpiada iştirakçıları 25 qrup təşkil edirlər. İştirakçılar birinci, ikinci və üçüncü yerlər uğrunda bilik nümayiş etdirirlər.

K. İsmayılov qaliblərə mükafatlar da veriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR