Bank Of Baku

Azərbaycanın şimal-qərb bölgəsində ağac əkmə kampaniyası keçirilib

Azərbaycanın şimal-qərb bölgəsində ağac əkmə kampaniyası keçirilib
# 09 yanvar 2010 18:13 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. 2010-cu ilin prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Ekologiya ili” elan olunması ilə əlaqədar ölkənin şimal-qərb bölgəsində ağac əkmə kampaniyası keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən, Zaqatala və Qax rayon İcra Hakimiyyəti aparatlarından məlumat verilib.

Məlumata görə, ağac əkmə kampaniyasında sözügedən rayonların icra strukturları, idarə, təşkilat işçiləri və rayon fəalları iştirak ediblər. Ağac əkmə kampaniyasında Balakən, Qax və Zaqatala rayonlarının Meşələrin Bərpası və Mühafizəsi idarələrinin ağac yetişdirmə məntəqələrində becərilmiş qoz, cökə, küknar, akasiya, sərv və digər ağacların tingləri əkilib. İməcilik, əsasən Yevlax-Balakən magistral yolunun kənarlarında, rayon mərkəzlərində, idarə və müəssisələrin həyətlərində keçirilib.

Kampaniya çərçivəsində bu gün Balakəndə 8000, Zaqatalada 6500, Qaxda 4100, ümumilikdə isə 18600 ting əkilib.

Qeyd edək ki, kampaniya çərçivəsində bölgədə ağac əkmə aksiyası yanvar ayı ərzində davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR