Bank Of Baku

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ötən il 979 akt və protokol tərtib edib

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ötən il 979 akt və protokol tərtib edib
# 11 yanvar 2010 07:20 (UTC +04:00)
Bakı-APA. 2009-cu il ərzində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində müəyyən işlər görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabat ilində Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar zəruri işlərin həyata keçirilməsini təmin etmək məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilmiş, Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilib. Cari ildə Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satınalınması məqsədilə beynəlxalq səviyyədə Açıq Tender elan olunaraq, qalib şirkət müəyyən olunub.

Hesabat dövründə milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 979 akt və protokol tərtib edilmiş, təbiətə 55172 manat dəyərində ziyan hesablanıb, inzibati qaydada 132168 manat cərimə tətbiq edilib və ondan 89859 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib. 607 işə Milli Park və Dövlət Təbiət Qoruqları tərəfindən inzibati qaydada baxılıb, 28 iş baxılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, 43 iş isə rayon məhkəmələrinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR