Bank Of Baku

Azərbaycanda ilk «Ekoloji Atlas» çap olunub

Azərbaycanda ilk «Ekoloji Atlas» çap olunub
# 11 yanvar 2010 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda ilk dəfə olaraq «Ekoloji Atlas» çap olunub. Bu barədə «APA-Economics»ə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib.

Azərbaycanda ilk dəfə - DTXK-nin Bakı Kartoqrafiya Fabrikində çap olunmuş, 11 bölmədən (Atmosfer, Hidrosfer, Litosfer, Torpaqlar, Biosfer, Landşaftlar, Bitki örtüyü, Heyvanlar aləmi, Təbii fəlakət, Cəmiyyətin ekologiyası, Azərbaycan ekologiyasının hüquqi əsasları) ibarət olan Atlasda 150-dən artıq xəritə verilib. Xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəsini asanlaşdırmaq üçün izahedici mətnlərdən, cədvəllərdən və diaqramlardan istifadə olunub. Azərbaycan üzrə xəritələr 1:1 500 000 və 1:3 000 000 miqyaslarda tərtib olunub.

Atlasda həmçinin Azərbaycanın «Qırmızı kitab»ına düşən heyvanlar, ağac və kollar haqqında illüstrasiyalı məlumatlar yer alıb. Atlasın sonunda tibbi-ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR